"Arsenal" ingiltərəli futbolçu üçün hərəkətə keçib

"Aston Villa"nın ingiltərəli futbolçusu Oli Uotkins karyerasını "Arsenal"da davam etdirə bilər.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, London klubu Uotkins üçün mövsümün sonunda "Aston Villa"ya rəsmi təklif göndərəcək.

29 yaşlı futbolçunun hazır ki dəyəri 60 milyon avro olaraq qiymətlədirilir.

Qeyd edək ki, O.Uotkins cari mövsüm çıxış etdiyi 32 matçda 11 qol və 9 asistlə yadda qalıb.