"Arsenal" liderliyini möhkəmlətdi
İngiltərə Premyer Liqasının 36-cı turunun açılış oyununda "Arsenal" "Bornmut"u qəbul edib.
Sportline.az xəbər verir ki, matç "topçular"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb.3-0
Londonlulara qələbə gətirən qolları 45-ci dəqiqədə Saka, 70-ci dəqiqədə Trossard və 90+7-ci dəqiqədə Deklan Rays vurub.
Bu qələbə ilə "Arsenal" xallarının sayını 83-ə çatdıraraq ikinci sıradakı Mançester Sitinin 4 xal qabaqlayıb.
"Mançester Siti" isə bu gün 20:30-da "Vulverhempton"la görüşəcək.
Qeyd edək ki, "Mançester Siti"nin ehtiyatda olan bir oyunu daha var.