"Arsenal" "Nyukasl"a 58 milyon avro təklif edib
"Arsenal" "Nyukasl Yunayted"in brazilyalı futbolçusu Bruno Gimarayeş üçün 58 milyon avro təklif edib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl Yunayted"in rəhbərliyi bu təklifi rədd edib.
27 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 37 matçda rəqib qapılarından 3 top keçirib.
Qeyd edək ki, Gimarayeşin "Nyukasl Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.