"Arsenal" və "İnter" transfer yarışına girib
"Arsenal" və "İnter" eyni oyunçunun transferində maraqlıdır.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, söhbət Meksikanın "Monterrey" klubunun və milli komandasının hücumçusu German Berteramedən gedir.
26 yaşlı futbolçu Klublararası dünya çempionatında nümayiş etdirdiyi oyunla bir sıra aparıcı klubların diqqətini cəlb edib. Həm cinah, həm də mərkəz hücum xəttində çıxış edə bilən Berteramenin gələcək karyera qərarı yaxın günlərdə məlum olacaq.