"Arsenal" yeni transferini açıqlayıb

“Arsenal” Kristian Moskera transferini rəsmi olaraq təsdiqləyib.

Sportline.az xəbər verir ki, London təmsilçisi “Valensiya”dan Kristian Moskera ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.

21 yaşlı mərkəz müdafiəçisi üçün “Arsenal”ın 15 milyon avro əsas məbləğ və əlavə bonuslarla birlikdə cəmi 20 milyon avrodan az bir paket ödədiyi bildirilir. Gənc müdafiəçi “topçular”la uzunmüddətli müqaviləyə imza atıb.