"Arsenal"dan qələbə

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Arsenal" səfərdə "Lester"lə qarşılaşıb. "Topçular" 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Arsenal" turnir cədvəlində 37 xalla 10-cudur. Aktivində 49 xal olan "Lester" isə 3-cü yerdədir.

"Lester" - "Arsenal"
Qollar:
 Tielemans, 6 (1:0), Luis, 39 (1:1), Lakazett, 45+2 (1:2), Pepe, 52 (1:3)