“Arsenal”ı “Barselona”ya dəyişir

“Arsenal”ın qanalı futbolçusu Tomas Partey mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az “Mundo Deportivo” qəzetinə istinadən xəbər verir ki, “Barselona” Parteyi azad agent kimi mövsümün sonunda heyətinə qatacaq.

T.Partey “Arsenal”la yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, 31 yaşlı futbolçu karyerası ərzində daha əvvəl “Leqanes”, “Malyorka”, Almeriya” və “Atletiko Madrid” kimi klubların şərəfini qoruyub.