“Arsenal”ı bu səbəbə görə seçdim”

Viktor Gyökeres: “Arsenal” ürəkdən gələn doğru seçim idi”.

Sportline.az xəbər verir ki, “Sportinq”dən “Arsenal”a transfer olunan Viktor Gyökeres yeni klubunu seçməsinin səbəblərini açıqlayıb.

İsveçli hücumçu verdiyi müsahibədə “topçular”a keçidinin arxasında duran əsas amilləri səmimi şəkildə bölüşüb.

 “Sadəcə hiss etdim ki, bu klub mənim üçün doğru seçimdir. Mikel və Andrea ilə danışarkən eşitdiklərim və son illərdə onların necə futbol oynadığını izləməyim bu qərarı verməyimə səbəb oldu,” – deyə Gyökeres bildirib.