"Arsenal"ın baş məşqçisi "Barselona"ya rəhbərlik edə bilər

İngiltərə "Arsenal"ının baş məşqçisi Mikel Arteta cari mövsümün sonunda İspaniya "Barselona"sının sükanı arxasına keçə bilər.

Sportline.az RAC1 telekanalına istinadən xəbər verir ki, Kataloniya klubunun prezidentliyinə əsas namizədlərdən Joan Laporta komandanı 39 yaşlı mütəxəssisə tapşırmaq istəyir.

Hazırda La Liqa təmsilçisinə niderlandlı Ronald Kuman başçılıq edir.

Qeyd edək ki, 15 yaşından "Barselona"nın gənclər yığmasında oynamış Mikel Arteta heç vaxt əsas komandaya yüksəlməyib. 2011 - 2016-cı illərdə "Arsenal"da çıxış etmiş veteran yarımmüdafiəçi 2019-cu ilin dekabrından London klubuna rəhbərlik edir. Hazırda onun komandası 26 oyundan 37 xalla 10-cu pillədə qərarlaşıb.