"Arsenal"ın gözü o futbolçunun üzərindədir

"Arsenal" "Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyamsı transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Todo Fichajes" nəşri məlumat yayıb.

London klubu mövsümün sonunda N.Uilyams üçün "Atletik"ə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, 22 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 70 milyon avro olaraq qiymətləndirilir.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 oyunda 7 qol və 7 məhsuldar ötürmə müəllifi olub.