Arşavin RPL-in startında bəyənmədiyi klubun adını çakib
Rusiya millisinin sabiq oyunçusu Andrey Arşavin "Krılya Sovetov"un liqaya uğursuz başladığını bildirib.
Sportline.az xəbər verir ki, futbol eksperti Matc TV telekanalında çıxış etdiyi proqramda bu fikirləri səsləndirib.
"Mən düşünmürdüm ki, "Krılya Sovetov" son turda "Rubin"i məğlub edə bilər. Samaralılar çempionatın startından bəri xoşuma gəlmir. "Orenburq" da istənilən səviyyədə deyil, amma "Lokomotiv" sevindirir. Batrakov (Lokomotivin yarımmüdafiəçisi) öz oyunu ilə neytral azarkeşlərin rəğbətini qazanıb" deyə Arşavin firiklərini bölüşüb.
Qeyd edək ki, "Krılya Sovetov" 8 turdan sonra yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.