Arteta kolumbiyalı futbolçunu "Arsenal"a gətirmək istəyir
"Aston Villa"nın kolumbiyalı futbolçusu Con Duran klubdan ayrıla bilər.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Arsenal"ın baş məşqçisi Mikel Arteta Con Duranı komandasında görmək istəyir.
21 yaşlı futbolçunun "Aston Villa" ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, C.Duran "Arsenal"a transfer olmaq istəyir.