"Arvadlarımızı dəyişə bilərik"

"Beşiktaş"ın futbolçusu Jozef de Souza qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, A Spor telekanalına danışan futbolçu zarafatla "Fənərbağça"nın əfsanəvi sabiq futbolçusu Aleks de Souzaya ilişib.

"3 oğlum var. Arvadım bir uşaq da istəyir. Yəqin qız olanadək yoxlayacağıq. Aleksin isə 3 qızı var. O, oğlan olana qədər yoxlayacaq, deyəsən. Arvadlarımızı dəyişə bilərik (gülür)".