Asim Xudiyev Qazaxıstana gedir
Asim Xudiyev UEFA-dan yeni təyinat alıb. SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, 21 yaşadək futbolçuların matçında iş başında olacaq.
Belə ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Qazaxıstan – Norveç matçının hakim-inspektoru vəzifəsini Xudiyev yerinə yetirəcək.
Oktyabrın 11-də baş tutacaq görüş Qazaxıstanın Aktobe şəhərində oynanılacaq.