Asiya ÇL: Yarımfinal mərhələsinin cavab oyunları start götürür

Asiya Çempionlar Liqasında  yarımfinalın cavab oyunları bu gün  keçiriləcək oyunla start götürəcək.

Sportline.az xəbər verir ki, “Əl Hilal” 1-3 hesabı ilə məğlub olduğu görüşün revanşında “Əl Əin”lə qarşılaşacaq.

“Kingdom Arena”da baş tutacaq matçın start fiti saat 22:00-da səslənəcək.

Qeyd edək ki, "Əl Hilal"ın 44 oyunluq qələbə seriyası məhz bu cütün ilk oyununda sona çatmışdı.