"Aston Villa" Fransa klubundan futbolçu alır

Evan Gessan “Aston Villa”ya keçə bilər.

Sportline.az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, “Nitsa”nın ən yaxşı bombardiri 35 milyon avro müqabilində Premyer Liqa klubuna transfer olunacaq və tərəflər artıq transfer şərtlərində razılığa gəliblər.

Futbolçu ilə 5 illik müqavilə imzalanacağı gözlənilir.

24 yaşlı Fil Dişi Sahili millisinin üzvünün çərşənbə günü İngiltərəyə gələrək tibbi müayinədən keçməsi planlaşdırılır.