"Aston Villa" ingiltərəli ulduzu transfer edib

"Mançester Yunayted"in ingiltərəli futbolçusu Markus Reşford karyerasını "Aston Villa"da davam etdirəcək.

Sportline.az "Multiple sources" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa" Reşfordu icarə əsasında heyətinə cəlb edib.

Transferin gələn həftə rəsmləşəcəyi gözlənilir.

Qeyd edək ki, Reşfordun hazır ki dəyəri 60 milyon avrodur.

O bu mövsüm çıxış etdiyi 24 matçda 7 qol və 3 asistlə yadda qalıb.