"Aston Villa" - "Paris Sen-Jermen": Heyətlərdəki son durum

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, “Aston Villa” ¼ finalın cavab matçında öz meydanında “Paris Sen-Jermen”lə qarşılaşacaq.

İlk oyun PSJ-nin 3:1 hesablı qələbəsi ilə nəticələnmişdi.

Heyətlərə nəzər saldıqda “Aston Villa”da əsas itki Leon Beylinin adı ilə bağlıdır.

“Paris Sen-Jermen”in isə oyuna optimal heyətlə çıxacağı gözlənilir.

Start fiti saat 23:00-da səslənəcək matçı ispaniyalı hakim Xoze Mariya Sançes Martinez idarə edəcək.