"Aston Villa" türkiyəli futbolçunu transfer etmək istəyir

"Aston Villa" "Qalatasaray"ın futbolçusu Barış Alper Yılmazı transfer etmək niyyətindədir.

Sportline.az "Fotospor"a istinadən xəbər verir ki, İstanbul klubu bu keçid üçün qarşı tərəfdən 40 milyon avro tələb edir.

Tərəflər arasında danışıqlar davam edir. Barış "Aston Villa"da çıxış etmək fikrinə müsbət yanaşır.

Qeyd edək ki, futbolçunun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.