“Aston Villa”da ayrılıq yaşana bilər

"Aston Villa"nın ingiltərəli futbolçusu Oli Uotkins bu yay komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Kreq Hop məlumat yayıb.

"Nyukasl Yunayted" 29 yaşlı forvard üçün 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Uotkins ötən mövsüm meydana çıxdığı 54 matçda 17 qol 14 asistlə yadda qalıb.