"Atalanta" belə qalib gəldi

A seriyasında 1-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Atalanta" bu gün səfərdə "Torino" ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Atalanta" hələlik turnir cədvəlində 3 xalla 4-cü, "Torino" isə 0 xalla 18-cidir.

"Torino" - "Atalanta" - 1:2
Qollar:
 Luis Muriel, 8 (0:1), Andrea Belotti, 79 (1:1), Roberto Pikolli, 90+3 (1:2)