"Atalanta" "Çelsi"ni qəbul edəcək

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turuna start verilir. 

Sportline.az xəbər verir ki, "Atalanta" öz meydanında "Çelsi" ilə üz-üzə gələcək.

Berqamo klubunda Kamaldeen Sulemana və Mitçel Bakker zədəlidir.

"Zadəganlar"ın heyətində isə Levi Kolvill, Liam Delap, Dario Essuqo və Romeo Lavia baş məşqçi Enzo Mareskanın sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 12-də səslənəcək görüşü ispaniyalı hakim Alexandro Hernandez idarə edəcək.