“Atletik Bilbao” PSJ-yə qarşı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turuna yekun vurulur.

Sportline.az xəbər verir ki, “Atletik Bilbao” “San Mames”də son çempion “Paris Sen-Jermen”i qəbul edəcək.

Heyətlərə nəzər saldıqda Bilbao klubunda Emerik Laport, Unay Equiluz, Benat Prados, Maroan Sannadi və Robert Navvaro iştirak ərzəsində yer almayıb.

Paris klubunda İlya Zabarni, Usman Dembele, Lukas Şövalye, Əşrəf Hakimi, Nuno Mendeş, Dezire Doye zədəli, Lukas Hernandez isə cəzalıdır.

Qeyd edək ki, “Atletik Bilbao” – “Paris Sen-Jermen” oyunu bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq.

Görüşün ədalət təmsilçisi almaniyalı Daniel Zibert olacaq.