"Atletiko" 41 illik rekordunu yenilədi
İspaniya La Liqasında 22-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, bu tur "Atletiko"nun 41 illik rekordu təkrarlaması ilə yadda qalıb.
"Marca"nın açıqladığı statistikaya görə, Madrid klubu 22 tur ərzində bir dəfə də olsun, 11 metrlik cərimə zərbəsi yerinə yetirməyib. Paytaxt təmsilçisi 1975-76-cı il mövsümündə də 22 tur penaltiyə həsrət qalmışdı.
Növbəti tur "Malaqa"nın qonağı olacaq "Atletiko" bu dəfə də penalti qazanmasa, klub tarixində yeni rekord müəyyənləşdirmiş olacaq.
Qeyd edək ki, Madrid təmsilçisi 49 xalla 2-ci pillədə qərarlaşıb.