"Atletiko" fransalı futbolçu ilə yollarını ayırır

"Atletiko Madrid"in fransalı futbolçusu Tomas Lemar yanvar ayında klubu tərk edəcək.

Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, Madrid klubu Lemara özünə yeni klub tapmasını tələb edib.

Təcrübəli futbolçu icarə əsasında klubdan ayrılmağa yaxındır.

Qeyd edək ki, Lemarın "Atletiko" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 5 milyon avrodur.