"Atletiko"dan minimal hesablı qələbə

UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. SportLine.az xəbər verir ki, bu gün mərhələnin ilk görüşlərinə yekun vurulacaq.

İspaniyada "Atletiko" "Lester"i qəbul edəcək. "Sevilya"nı mübarizədən kənarlaşdıran "tülkülər" Madrid təmsilçisi ilə görüşlərdə də sərfəli nəticə qazanmaq niyyətindədir. Ancaq son oyunlarda inamlı təsir bağışlayan "Atletiko" ilə mübarizənin heç də asan olmayacağı bəllidir.


12 aprel 2017
Çempionlar Liqası, 1/4 final

“Atletiko” (İspaniya) – “Lester” (İngiltərə) - 1:0
QOL:
Qrizman, 28/p. (1:0)

Baş hakim: Yonas Eriksson (İsveç)
Madrid, “Visente Kalderon” stadionu