“Atletiko Madrid” doğma meydanda “İnter”lə üz-üzə gələcək
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, “Atletiko Madrid” “Vanda Metropolitano”da “İnter”lə münasibətləri aydınlaşdıracaq.
Madrid klubunda Markos Lorente və Robin Le Normand zədəlidir.
Nerazzuridə Matteo Darmian, Rafael Di Cennaro və Denzel Dumfiris oyunun iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, “Atletiko Madrid” “İnter” matçı bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq.
Görüşün ədalət təmsilçisi fransalı Fransua Leteksiye olacaq.