"Atletiko Madrid" Oblakı gürcüstanlı qapıçı ilə əvəz edəcək
Yan Oblak ilə yollarını ayırmağa hazırlaşan "Atletiko Madrid" yeni qapıçı axtarışındadır.
Sportline.az Sporx-ə istinadla xəbər verir ki, paytaxt klubu "Valensiya"da çıxış edın gürcüstanlı qapıçı Giorqi Mamardaşvilinin keçidində maraqlıdır.
Xəbərdə bildirilir ki, "Valensiya" klubu qapıçı üçün 25 milyon avro tələb edəcək.
Qeyd edək ki, bu mövsüm "Valensiya' ilə 33 oyuna çıxan Mamardaşvili qapısında 35 top görüb.12 oyunda isə qapısını toxunulmaz saxlayıb.