"Atletiko Madrid" səfərdə "Barselona"nı məğlub etdi
İspaniya La Liqasında 18-ci turun mərkəzi matçı "Estadi Olimpik Luis Kompani" stadionunda keçirilib.
Sportline.az xəbər verir ki, "Barselona" öz meydanında "Atletiko Madrid"lə münasibətləri aydınlaşdırıb. Hesab 30-cu dəqiqədə açılıb. Pedri meydan sahiblərini hesabda irəli çıxarıb. 60-cı dəqiqədə Rodriqo De Paul hesaba tarazlıq gətirib. 90+6-cı dəqiqədə isə Aleksander Sörlot komandasına 3 xalı qazandıran qolu vurub.
Görüş "Atletiko Madrid"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, xallarının sayını 41-ə çatdıran "Atletiko Madrid" vahid liderə çevrilib. "Barselona" isə 38 xalla 2-ci pillədə yer alıb.