"Atletiko" norveçli hücumçunu heyətinə qatıb
"Atletiko" Madrid La Liqanın ikinci ən yaxşı bombardiri Aleksandr Sörlotla razılığa gəlib.
Sportline.az jurnalist Fabrisio Romanoya istinadla xəbər verir ki, 28 yaşlı futbolçu bu gün tibbi müayinədən keçmək üçün Madridə gəlib.
Sörlot ötən mövsüm La Liqada 26 qola imza atıb.Ümumillikdə isə futbolçu "Vilyarreal"la çıxdığı 41 oyunda 26 qol və 6 asistlə yadda qalıb.
Qeyd edək ki, Sörlöt ilə İtaliyanın "Roma" klubu da maraqlanırdı.