"Atletiko" ulduz futbolçunun keçidi ilə bağlı "Mançester Siti" ilə razılığa gəlib

"Atletiko" və "Mançester Siti" argentinalı futbolçu Xulian Alvarezin transferi ilə bağlı razılığa gəliblər.

Sportline.az BBC-yə istinadla xəbər verir ki, İspaniya klubu 24 yaşlı futbolçunun transferi üçün "şəhərlilər"ə 70 milyon avro ödəyəcək.

"Mançester Siti" gələcəkdə bonuslar şəklində daha 25 milyon ala biləcək. Əgər transfer gerçəkləşərsə bu İngiltərə klubunun tarixində ən böyük satış olacaq.

Qeyd edək ki, Alvarez 2022-ci ildən Mançester klubunda çıxış edir.O, ötən mövsüm Premyer Liqada 36 oyuna çıxıb və aktivinə 11 qol, 9 asist yazdırıb.