"Atletiko"dan "Çelsi"yə
"Atletiko"nun hücumçusu Samu Omorodion karyerasını "Çelsi"də davam etdirəcək.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, tərəflər 20 yaşlı futbolçunun keçidi barəsində razılıq əldə ediblər.
Omorodion London klubu ilə 2031-ci ilə qədər müqavilə imzalayacaq.Transfer məbləği 41 milyon avro təşkil edəcək.
Ötən mövsümü icarə əsasında "Alaves"də keçirən gənc futbolçu meydana çıxdığı 35 oyunda 9 qol vurub.
Qeyd edək ki, Omorodion İspaniya millisinin aşağı yaş qruplarında 16 oyun keçirib və 4 qola imza atıb.