“Atletiko”dan “Jirona”ya

“Jirona” “Atletiko”nun fransalı yarımmüdafiəçisi Toma Lemarı heyətinə cəlb etməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, Lemarın “Jirona”ya icarəsi 2026-cı ilin yayına qədər davam edəcək. Kataloniya təmsilçisi futbolçunun maaşının yarısını – 50 faizini qarşılayacaq.