"Atletiko"nun yeni sevdası

"Atletiko" müdafiəni gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, madridlilər bu məqsədlə İngiltərəyə üz tutublar.

Söhbət "Çelsi"nin oyunçusu Ben Çilueldən gedir.

"TEAMtalk"ın yaydığı xəbərə görə, London təmsilçisi də bu transferə qarşı deyil. 

Qeyd edək ki, Çiluel bu mövsüm cəmi 45 dəqiqə meydanda olub.