"Avro-2016"da çıxış etməyi heç kim mənim qədər istəmir
Bu gün "Avro-2016"nın təsnifat mərhələsində növbəti pley-off görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, İsveç və Danimarka milliləri də bu gün meydana çıxacaqlar.
Oyun ərəfəsində "Marca"ya müsahibə verən İsveç millisinin lideri Zlatan İbrahimoviç Avropa çempionatında çıxış etməyin onun karyerasında çox əhəmiyyətli olacağını dilə gətirib: ""Avro-2016"da çıxış etməyi heç kim mənim qədər istəmir. Artıq milli komandanın heyətində beynəlxalq yarışlarda uğur qazanmağın vaxtı çatıb. İnanıram ki, Danimarka səddini aşıb final mərhələsinə vəsiqə qazanacağıq".
Şərəfini qoruduğu komandaya güvəndiyini deyən İbra final mərhələsinə vəsiqə qazanacaqları təqdirdə əsas favoritlərdən olacaqlarını bildirib: "Hazırda yaxşı formadayıq və istənilən rəqibə layiqli müqavimət göstərə bilərik. "Avro-2016"da çıxış etsək, düşünürəm ki, bizi favorit komandalardan biri hesab edəcəklər. Çünki buna layiqik".
Xatırladaq ki, İsveç - Danimarka matçı bu gecə saat 23:45-də start götürəcək.