AVRO 2020: Təminat verməyən şəhərlər açıqlandı

AVRO-2020-nin oyunlarına ev sahibliyi ilə bağlı təminat verməyən şəhərlər müəyyənləşib.

Sportline.az xəbər verir ki, 2021-ci ildə təşkil olunacaq yarışa iki ev sahibi – London və Amsterdam UEFA-ya rəsmi təminat təqdim etməyib.

Hər iki paytaxt final mərhələsinin görüşlərini keçirməyə hazır olduğunu təsdiqləməyib. Londondakı “Uembli” stadionunda final daxil olmaqla 7 matç keçirilməlidir. Amsterdamdakı “Yohan Kroyff Arena”da isə üç qrup və bir 1/8 final oyunu təşkil olunmalıdır.

Qeyd edək ki, 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin matçları Bakı da daxil olmaqla 12 şəhərdə keçirilməlidir.