AVRO:2020-nin rəmzi komandası
UEFA AVRO:2020-nin rəmzi komandasını açıqlayıb.
Sportline.az xəbər verir ki, rəmzi “11-lik”də çempion İtaliya və finalçı İngiltərə millisi 3 futbolçu ilə təmsil olunub.
Bundan başqa, Danimarkanın 2, İsveçrə, Fransa və Portuqaliyanın 1 oyunçusu heyətdə yer alıb.
5 qolla turnirin bombardiri olan Kriştiano Ronaldo ardıcıl 4-cü dəfə Avropa çempionatının rəmzi komandasına düşüb. Portuqaliya millisinin kapitanı AVRO-2004, AVRO-2012 və AVRO-2016-da da rəmzi “11-lik”də olub.
Qapıçı: Canluici Donnarumma (İtaliya);
Müdafiəçilər: Harri Maquayr, Lyuk Şou (hər ikisi İngiltərə), Corcio Kyellini (İtaliya), Yoakim Mehle (Danimarka);
Yarımmüdafiəçilər: Qranit Xaka (İsveçrə), Pol Poqba (Fransa), Federiko Kyeza (İtaliya);
Hücumçular: Rahim Sterlinq (İngiltərə), Kasper Dolberq (Danimarka), Kriştiano Ronaldo (Portuqaliya).
Qeyd edək ki, AVRO-2020-nin finalında İtaliya yığması penaltilər seriyası ilə İngiltərəni məğlub edərək, qitə çempionu olub.