AVRO-2024: İngiltərə və Niderland yarımfinalda

Futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalın son oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, günün ilk matçı Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə komandaları arasında olacaq.

İngiltərə millisi 1/8 finalda Slovakiyanı 2:1, İsveçrə isə İtaliya seçməsini 2:0 hesabı ilə məğlub edərək bu mərhələyə yüksəlib.

İtaliyalı referi Daniele Orsatonun idarə edəcəyi matç saat 20:00-da başlayacaq.

1/4 finalın son qarşılaşmasında Türkiyə millisi Niderlandla üz-üzə gələcək. 1/8 finalda Türkiyə yığması Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib.

Fransalı referi Klement Turpinin idarə edəcəyi matç Berlindəki Olimpiya stadionunda baş tutacaq.

AVRO-2024

1/4 final

6 iyul

20:00. İngiltərə - İsveçrə 1-1 (penaltilər seriyası 2-1)

Qollar: Saka 80// Embolo 75.

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

23:00. Niderland - Türkiyə 2-1

Qollar: De Vriy 70, Mert Müldür 76 (avtoqol)// Samet Akaydın 35.

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.