AVRO-2024: Dani Olmodan iddialı cavab

Futbol üzrə Avropa çempionatının finalına yüksələn İspaniya millisinin hücumçusu Dani Olmo bununla kifayətlənmək niyyətində olmadıqlarını bildirib.

Sportline.az xəbər verir ki, isteddadlı futbolçu final matçına da qələbə üçün çıxacaqlarına işarə edib.

O, X sosial şəbəkəsindəki paylaşımında "Berlin, biz gəlirik" yazıb.

Qeyd edək ki, Fransa üzərində 2-1 hesablı qələbədə son qolun müəllifi Olmonun xüsusi payı olub.