AVRO-2024: Mbappe bu göstəricidə ən yaxşıdır

Fransa millisinin hücumçusu Mbappe qoleadorluq bacarığını nümayiş etdirə bilməsə də sürətdə hamını qabaqlayıb.

Sportline.az xəbər verir ki, "Real"ın forvardı Avropa çempionatının ən sürətli futbolçusudur.

Yarışın mətbuat xidmətinin rəsmi məlumatına görə, hücumçu sürətini 36,5 km/s-ə yüksəltməyə müvəffəq olub.

İkinci yerdə ispaniyalı Ferran Torres, üçüncü yerdə isə sloveniyalı Benyamin Şeşko qərarlaşıb.