AVRO-2024: Məşhur futbolçu Fransanın Belçika səddini adlayacağını düşünür

Bu gün Avropa çempionatında 1/4 finalın daha iki iştirakçısı müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, maraqla gözlənilən oyunlardan birində Fransa və Belçika komandaları münasibətləri aydınlaşdıracaqlar.

Məşhur rusiyalı futbol veteranı Aleksandr Mostovoy bu oyunla bağlı proqnozunu açıqlayıb.

Rusiya millisinin "Çar" ləqəbli sabiq üzvü fransalıların imkanlarını yüksək qiymətləndirib.

"Fransanın 2-1 hesabı ilə qalib gələcəyini düşünürəm. Onlar mənim favoritim olaraq qalırlar. Belçika pley-offa möcüzə sayəsində adladı. Onlar buna görə, De Brüy və Lukaku ilə yanaşı, ukraynalılara da minnətdar olmalıdırlar", - deyə Mostovoy bildirib.

Qeyd edək ki, Fransa - Belçika matçı bu gün saat 20:00-da başlanacaq.