AVRO-2024: Rodri Fransa millisini xarakterizə edib

Bu gün AVRO:2024-də ilk finalçı müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, əvvəlcə meydana İspaniya və Fransa komandaları çıxacaqlar.

İspaniya millisinin yarımmüdafiəçisi Rodri rəqiblə bağlı düşüncələrini bölüşüb.

"Fransa dünyanın iki ən yaxşı millisindən biridir. Bəlkə də birincisidir. Onlar son illərdə öz səviyyələrini sübut ediblər. Fiziki cəhətdən çox güclü, əks-hücumlarda təhlükəli rəqibdir. Bu komandanın istedadlarına isə söz aola bilməz", - deyə Rodri UEFA-nın saytına açıqlamasında bildirib.

Qeyd edək ki, İspaniya-Fransa matçı bu gün saat 23:00-da başlanacaq.