AVRO-2024: Türkiyəli azarkeşlərə müraciət edildi
Almaniya polisinin həmkarlar təşkilatının federal sədri Yohen Kopelke türkiyəli azarkeşlərə müraciət edib.
Sportline.az xəbər verir ki, o, milli komandanın azarkeşlərini bugünkü oyun zamanı "Boz qurd" işarəsini göstərməməyə çağırıb.
Qeyd edək ki, UEFA məhz bu hərəkətə görə komandanın aparıcı simalarından olan Merih Demiralı iki oyunluq cəzalandırıb.
Avstriya ilə oyunun qəhrəmanı üçün edilən apelyasiya şikayətinə isə müsbət cavab verilməyib.
Türkiyə millisinin bir qrup azarkeşi Niderlanla bugünkü görüş zamanı həmin jesti tribunalardan nümayiş etdirməyə hazırlaşır.