AVRO 2028-in finalı bu stadionda keçiriləcək
UEFA 2028-ci il Avropa Futbol Çempionatının açılış və final oyunlarının keçiriləcəyi məkanları açıqlayıb.
Sportline.az xəbər verir ki, 9 iyun 2028-ci ildəki açılış matçı Uelsin paytaxtı Kardiffdə yerləşən Uels Milli Stadionunda keçiriləcək.
Final qarşılaşması isə 9 iyul 2028-ci ildə İngiltərənin paytaxtı Londondakı “Vembli” stadionunda baş tutacaq.