Avrokubok oyununa biletlər havayı paylanacaq

Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin "Sivasspor" - "Fiorentina" görüşünün biletləri havayı paylanacaq.

Sportline.az "Fotomaç"a istinadən xəbər verir ki, bu addım Sivas Bələdiyyəsi tərəfindən atılıb.

Şəhər rəhbərliyi bu haqda rəsmi açıqlama yayıb.

Qeyd edək ki, "Sivasspor" İtaliyada keçirilən ilk oyunda 0-1 hesabı ilə uduzub.