Avrokuboklarda ölkəmizi hansı klublar təmsil edəcək?

Azərbaycan Voleybol Federasiyası koronavirus pandemiyası səbəbindən təxirə salınan voleybol üzrə qadınlar arasında Super Liqa və kişilər arasında Yüksək Liqa ilə bağlı açıqlama yayıb.

Sportline.az xəbər verir ki, vaxtsız dayandırılan çempionatların nəticələri və 2020-2021 mövsümündə avrokuboklarda ölkəmizi təmsil edəcək komandaların adları barədə yaxın günlərdə məlumat veriləcək.

Qeyd edək ki, hər iki liqa mart ayından dayandırılıb.