"Mançester Yunayted" və "Ayaks" finalda

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşləri olacaq. SportLine.az xəbər verir ki, keçiriləcək görüşlərdən sonra həlledici matça vəsiqə qazanacaq komandalar müəyyənləşəcək.

Səfərdə minimal hesablı qələbəyə sevinən "Mançester Yunayted" bu dəfə "Selta" ilə doğma azarkeşlər önündə münasibətləri aydınlaşdıracaq. 

İlk oyunda rəqib qapısına 4 dəfə yol tapan "Ayaks" isə "Lion"la səfər görüşündə üstünlüyü qorumağa çalışacaq.


11 may 2017
Avroliqa, yarımfinal (Cavab oyunları)

"Mançester Yunayted” (İngiltərə) – "Selta” (İspaniya) - 1:1
QOLLAR:
Fellaini, 17 (1:0); Fakundo Ronkaya, 85 (1:1)
İlk oyun – 1:0

"Lion” (Fransa) – "Ayaks” (Hollandiya) - 3:1
QOLLAR: Dolberq, 27 (0:1); Lakazett, 45/p. (1:1); Lakazett, 45+2 (2:1); Qezzal, 81 (3:1)
lk oyun – 1:4