Avroliqada yeni mövsüm həyəcanı başlayır

Basketbol üzrə Avroliqada 2024-25 mövsümünə sabah keçiriləcək 5 matçla start verilir.

Sportline.az xəbər verir ki, mövsümün ilk həftəsinin həyəcanı oktyabrın 3-ü və 4-də yaşanacaq.

Mövsümün açılış matçında son çempion "Panatinaikos" “ALBA Berlin”in qonağı olacaq.

Liqanın ilk həftəsində “Anadolu Efes” səfərdə “Virtus Bolonya” ilə qarşılaşacaq. "Fənərbağça"nı isə, doğma meydanda "Olimpiakos"la çətin oyun gözləyir.

Turun digər oyunlarınada nəzər salaq:

3 oktyabr

20:00 “Monako” – “Olimpik Milano”

20:00 “Zalgiris Kaunas” – “Barselona”

21:30 “Baskoniya” – “Partizan”

21:45 “Bavariya”- “Real Madrid”