Avropa çempionatı: 3-cü gündə 1 qızıl, 2 bürünc

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın 3-cü günündə qadın güləşçilər mübarizəyə qoşulublar. 

3-cü gündə ən yaxşı nəticə 60 kq çəki dərəcəsindəki təmsilçimiz Tatyana Omelçenkonun aktivindədir. Bütün rəqiblərini üstələyən güləşçimiz adını finala yazdırıb. Həlledici görüşdə ukraynalı Anhelina Lisaka qalib gələn Tatyana fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

55 kq-da Almaz İsmayılova və 69 kq-da Elis Manolova bürünc medala sahib çıxıb.

48 kq-da Anna Pavliv bürünc medalın bir addımlığında büdrəyib.

Beləliklə, üç gündən sonra komandamızın aktivində 1 qızıl, 1 gümüş və 4 bürünc medal var.