Avropa çempionatı: Boksçumuz erməniyə rəqib oldu
Bu gün İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.
Sportline.az xəbər verir ki, 41 ölkənin qatılacağı yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.
Püşkün nəticəsinə əsasən, boksçulardan 4-ü çempionata 1/16 finaldan başlayacaq. Onlar debüt görüşlərinə bu gün çıxacaqlar. 1/8 finalda mübarizəyə qoşulacaq digər 3 idmançı isə rinqə iyunun 19-da çıxacaq.
75 kq çəki dərəcəsində mübarizə aparan Mirəşrəf Kazımzadə 1/16 final mərhələsində Gürcüstanı təmsil edən erməni əsilli Arşak Yelizbaryanla görüşəcək.
17 iyun
1/16 final
Cəlal Qurbanov (60 kq) – İstvan Bundovçs (Macarıstan)
Ruslan Rüstəmov (64 kq) – Uça Jorjoliani (Gürcüstan)
Sərxan Əliyev (69 kq) – Patriot Behrami (Kosovo)
Mirəşrəf Kazımzadə (75 kq) – Arşak Yelizbaryan (Gürcüstan)
19 iyun
1/8 final
Əli Zamanov (52 kq) – Martin Virban (Macarıstan)/Axtem Zakirov (Rusiya)
Maqsud Xasmetov (56 kq) – Yuri Tomyuk (Ukrayna)
Murad Allahverdiyev (81 kq) – Kristian Kosyani (Sloveniya)
Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.